Ötən axşam Salyan rayonunun Xıdırlı kəndində mağazadan oğurluq edilib

12 noyabr 2017 15:55
Oxunma sayı: 306

Ötən axşam Salyan rayonunun Xıdırlı kəndində mağazadan oğurluq edilib


BakiFM.az saytının Salyan Şirvan bürosunun məlumatına görə, kənd sakini Xanlar Alxasova məxsus ərzaq dükanından 800 manata yaxın nağd pul və dəyəri təxminən 2000 manat olan siqaret oğurlanıb. Oğurluq hadisəsi, mağazanın qapısı sındırılaraq içəri daxil olmaqla törədilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.


Şərh