haqqimizda

"BakiFM.az” online radiosu Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-ci il iyun ayının 17-si Azerbaycan Respublikasinin Milli Musteqillik gunu münasibətilə fəaliyyətə başlayıb. "BakiFM.az” radiosu yeni istifadeye verilmesine baxmayaraq ozune mexsus online radiolar sirasinda muvafiq yerini tapmisdir. "BakiFM.az” online radionun yaradılmasında əsas məqsəd - ümummilli lider, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin Vətənimizin rifahı naminə yürutduyu uqurlu siyaseti haqqında təbliğatı genişləndirməkdir. Daha sonra bu uğurlu siyasətin davamçısı, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın inkişafı və gələcəyi naminə göstərdiyi böyük qayğı və dəstəyi nəzərə alaraq, bu istiqamətlərdə görülən işləri içtimaiyyətə geniş şəkildə çatdırmaqdır. Həmçinin, 24 saat ərzində Dünya Azərbaycanlılarının gündəlik sevə-sevə dinlədiyi bu Radio onlara qürbətdə Vətən həsrətini unutdurmağa çalışacaq.Dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olmaq, əhalinin sosial və hüquqi cəhətdən maariflənməsinə dəstək göstərmək radionun efir siyasətinin əsasını təşkil edir.Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir.Radionun əsas prinsipi - bayağı musiqi və verilişlərdən kənar olub, dinləyicilərə zövqlü xidmət göstərməkdir.,,BakiFM.az" radiosu Azərbaycan Respublikasının bir çox Nazirlikləri ilə birgə layihələri olacaq.,,BakiFM.az" Radiosu nüxtəlif janrlı verilişləri Azərbaycan Respublikasinin hüdudlarından kənarda da dinləyicilərin məhəbbətini qazanacaq. Radionun devizi ,, Diqqet! Diqqet! Danisir Baki" olacaq. Siz də o nəfəsi hiss etmək üçün, bu səsi dinləyin...