“Bədahətən söz demək bacarığı hər insana nəsib olan keyfiyyət deyil”.

27 noyabr 2017 13:50
Oxunma sayı: 120

“Bədahətən söz demək bacarığı hər  insana nəsib olan keyfiyyət deyil”.



“Bədahətən söz demək bacarığı hər insana nəsib olan keyfiyyət deyil”.
Son illərdə meyxana janrı cox inkişaf etmiş və hamının marağ göstərdiyi bir janra cevrilmişdir.
Bu dəfəki müsahibim Maştağa meyxana məktəbinin nümayəndəsi Mübariz Maştağalıdır
- Salam. Xoş gördük, sizi. Necəsiniz?
.Təşəkkür edirəm . Siz necəsiniz ?
-Var olasınız . Müsahibəyə hazırsınızmı ?
- Buyurun.
-Qısaca özünüz və meyxanaya gəlişiniz barədə nə deyə bilərsiniz ?
-Maştağa qəsəbəsində doğulmuşam.1978-ci il təvəllüdəm.Kiçik yaşlarımdan meyxanaya böyük marağ göstərmişəm.Məktəb tədbirlərində iştirak edə-edə özümü meyxana aləmində görmüşəm.
-Kimi özünüzə ustad hesab edirsiniz?
-Meyxana aləmində ustad deyərkən rəhmətlik Ağasəlim Çıldağ yada düşür.Digər söz xiridarları da, sənətinə və özünə böyük hörmət bəslədiyim Ağakərim və Ağamirzəni də ustad kimi dəyərləndirirəm.
-Meyxana bədahətən söz demək qabiliyyətidir, deyilmi?
-Bəli.
-Allah vergisi desək necə, səhv etmərik ki?
-Əlbəttə yox .Siz tamamilə haqlısınız.Bədahətən söz demək qabiliyyəti elə Allah vergisidir.
-Mübariz bəy, meyxana üçün xüsusi təhsil lazımdırmı ?
-Xeyr, yalnız meyxanaçı öz üzərində işləmələməli və ustadlardan bəhrələnməklə yüksək nailiyyət qazanmalıdlr .
-Meyxanada dilin səlisliyi gözlənilməlidirmi?

-Əlbəttə. Bütün meyxanaçılar ana dilimizin dəqiqliyini, təbiliyini, düzgünlüyünü qorumalıdır.
-Musiqili meyxanaya necə baxırsınız?
-Məqamında hər şey gözəldir.Musiqili meyxana da məqamında deyilərsə,gözəl olar.
-Bəs, musiqili meyxananı mahnı hesab ede bilmerik?
-Meyxana sərbəst şeir janırıdır və ona rəngarənglik qatmaq üçün musiqi ilə demək daha gözəl olur.
-Meyxana əruz vəznində deyilir?
-Əruzun səri bəhrində. Rəməl bəhrində də olan meyxanalar var .
Amma daha çox səri bəhrində olur.
-Kimlərələ meyxana demek istərdiniz ?
-Daha çox dünyasin dəyişmiş meyxanaçilarimiz : Məşədibaba və Elçinlə.
-Bu günki meyxanaçılar sizi qane etmədiyi üçün?
-Yox,daha çox ruhuma yaxın olduqları üçün.
–Aşıqlar meydanda deyişən zaman sözün gücü ilə biri digərini
“bağlayır”,meyxanada necə,bu,varmı?
-“Bağlama” demezdim, meyxanada rəqiblərindən üstün olmaq olur,ancaq,yəni sözün qüvvəsi onu digər meyxanaçıdan fərqləndirir. Bir də əlbəttə ki, bəxtin gətirməsi
-Şair şeyir yazanda, ya qəmli ,ya da sevncli anlari kağiza köçürür. Bəs meyxana deyenlər?
-Meyxanaçi da dediyini yaşamalidir .
-Mübariz bəy, şagirdləriniz varmi ?
-Siz nə danışırsınız,mən hələ özüm öyrənirəm.
-Yaxşı bəs ,meyxana ilə bədihənin fərqi?
-Olmayan bir şey haqqında danışmayaq,xahiş edirəm .
Sonuncu sualım:
-Bu gün meyxanaçılarımız cəbhə bölgələrində ,əsgərlərimiz qarşısında çıxış edirlərmi?
-Bunu hər birimiz böyük məmuniyyətlə edirik və etməyə borcluyuq da.
Maraqlı müsahibəyə görə sizə öz təşəkkürümü bildirirəm.
M.Sadıqova.

Şərh