“ Mən xalq artisti ” olaramsa belə, yenə heç kimlə pul danışmaram”

28 noyabr 2017 15:26
Oxunma sayı: 197

“ Mən xalq artisti ” olaramsa belə, yenə heç kimlə pul danışmaram”



“ Mən xalq artisti ” olaramsa belə, yenə heç kimlə pul danışmaram”

deyən müğənni Rauf İbrahimovu sizlərə təqdim etmək istərdim.
-Xoş gördük Rauf bəy, müsahibəyə hazırsınızmı?
-Xoş gördük, buyurun.
-Çox gözəl,bilirik ki , həvəskar müğənni kimi fəaliyətə başlamısınız,bəs neçə ildir ki, professenal
səhnədəsniiz?
-Səkkiz il
-Hansı bəstəkarlarla işləyirsiniz?
-Elza Seyidcahan,Nailə Mirmammadli, Aygün Səmədzadə, Akif Səlimov.
-Klipləriniz varmı?
-Bu yaxınlarda “Sevirəm” mahnısına klip çəkdirmək istəyirəm..Qardaş Türkiyədə .
-Niyə məhz Türkiuədə,bizim rejissorlara etibar etmirsizmi?
-Yox əsla,elə düşünməyin,bizim çox gözəl rejissorlarımız var. .Amma orda özləri maliyyə problemlərini də həll etməyə söz veriblər.
-Yeri gəlmişkən,”Sevirəm” mahnısı haqqında .Eşitdiyimə görə bu mahnı sizə hədiyyədir.Düzdürmü?
- Bəli,musiqisi Arif Səlimova, sözləri Vüsal Nuriyə aid olan “Sevirəm” mahnısını 30 yaşım tamam olanda Zahidə xanım Günəş mənə hədiyyə edib . Yeri gəlmişkən, Zahidə xanıma və həmişə mənə dəstək olan Xalq artisti Məleykə Əsədovaya da öz təşəkkürümü bildirirəm.

- Sizin səsinizi Niam Selaminin səsinə də bənzədirlər . Bu barədə nə deyə bilərsiniz ?
-Düzdür, mənə də dəfələrlə deyiblər.Niyam Salamiyə də böyük hörmətim var.Amma mən özüm olmaq istəyirəm, heç kim yox.
-Rauf bəy eşitdiyimə görə subaysız,niyə ailə həyatı qurmursunuz?
-Hazır deyiləm .İstəmirəm ailə quracağım xanım nədənsə korluq çəksin .Amma, indi özüm də düşünürəm ki,artıq vaxtdır.
-İncəsənətdə olan bir xanımla necə,ailə qurmaq istərdinizmi?
-Niyə də yox! Günay və Kamil ,Təranə və Cabbar cütlükləri incəsənət adamlarının gözəl ailə nümunəsi sayıla bilər.
-Mahnılarınızın birində”Sevirəm səni,bir ömür boyu deyərdim”. Bəs siz necə,ailə quracağınız xanımı bir ömür boyu sevəcəyinizə söz verirsinizmi?
-Əlbəttə, ailə paltar deyil ki,dəyişəsən.
- Rauf bəy ,siz millət vəkilimiz Q. Paşayevanın sözlərinə E. Seyidcahanın bəstələdiyi “Həsrət nəğməsi” mahnısını oxumusunuz. Bu mahnını çox yanıqlı ifa etmisiniz.Səbəb nədir,bəlkə həsrətində olduğunuz biri var
-Nə deyim, vallah .
Bu mahnını səhv etmirəmsə, Ramal da oxuyub .
-Bəli,amma, hərənin öz ifa tərzi var.
-Lap yaxşı. Bəs hansı janrlarda oxumağı daha çox xoşlayırsıniz?
- Estrada janrı və ritmik mahnılar.
-Xalq mahnıları necə, ifa edirsinizmi?
-Bəli,sevə-sevə.
-Rauf bəy,el şənliklərinə,toylara gedirsinizmi?
-Bəli.Bu gün çox az müğənni tapılar ki,toylara getməsin.
-Sirr deyilsə,aldığınız qanorar nə qədərdir?
-Mən heç vaxt pul deməmişəm.Həmişə razılaşma ilə toylara getmişəm.Belə də olacaq.Hətta xalq artisti olaramsa,belə mən heç kimlə pul danışmayacağam.
-Rauf bəy duet oxuduğunuz müğənni varmı?
-Hələki ,yoxdur.
-Bəs planınızda necə , duet oxumaq varmı?
-Bəli,Səidə Dadaşova və Zahidə Günəşlə duet oxumaq istəyirəm.
-Müraciət etmisinizmi?
-Hələ yox.Amma inanıram ki, müraciət edərəmsə,etiraz etməzlər.
-Çox gözəl.
-Sonda gələcək planlarınız haqqında danışmağınızı istəyərdim.
-Yaradıcıllığımı genişləndirmək,yeni mahnılar üzərində işləmək istəyirəm.Akif Səlimovla təzə mahnılar hazırlayırıq.
-Təşəkkür edirəm, Rauf bəy uğurlar sizə.
M.Sadıqova.

Şərh