“Hollivud səhnəsinə meyxananı ilk dəfə bizim meyxanaçılar,çıxarar”

02 dekabr 2017 14:19
Oxunma sayı: 579

“Hollivud səhnəsinə meyxananı  ilk dəfə bizim meyxanaçılar,çıxarar”

“Hollivud səhnəsinə meyxananı ilk dəfə bizim meyxanaçılar,çıxarar”
deyən Pərviz Sabirabadlı bu günki müsahibimdir.
-Xoş gördük, Pərviz bəy, necəsiniz?
-Salam.Çox sağ olun.
-Müsahibəyə başlayaq?
-Əlbəttə.
-Söz xiridarına görən, hansı mövzuda suallar maraqlı olar?
- Sizi maraqlandıran bütün suallar.
-Elə isə özünüz haqqında qısa məlumat vermənizi istərdim.
-Nuriyev Pərviz Hebib oğlu 1985- ci ildə Bakı şəhərində anadan olmuşam.Əqrəb
bürcündənəm.
-Meyxanaya gəlişiniz?
-Uşaq yaşlarımdan meyxananı çox sevirdim.O vaxtlar audio kassetlər vardı.Onlara qulaq asa-
asa özümün də meyxana demək bacarığımı hiss etdim,toylarda iştirak edə-edə bu
-Allahdan gələn vergidirmi, meyxana?
-Bəli.Adam var , iki kəlmə sözü deyə bilmir.Amma bu elə sənətdir ki,bir neçə saniyə ərzində bənd qurursan və rəqibin bəndinə cavab verirsən.
-Meyxanalarınızı dedikdən sonra təhlil edirsinizmi və alınan nəticə necə olur?
-Hə.Əlbəttə,dediklərimi təhlil edib,müəyyən nəticələr əldə etməyə çalışıram.Nəticə əldə etməmək özündən xudbinliyə gətirib çıxarır ki, bu da yaxşı xüsusiyyət deyil.
-Kimlərlə meyxana deməyi daha çox xoşlayırsız?
-Yaxşı meyxana deyənlərin hamısı ilə.Çünki, yaxşı meyxana deyən səni dedizdirməyə vadar edir.
-Meyxanaya hazırlaşıb çıxırsınızmı?
-Hazırlaşmaq meyxanaçının zəifliyidir.Çünki qarşısındakı ondan əvvəl sənin sözün deyərsə,sözsüz qalarsan.
-Musiqili meyxanaya necə baxırsınız?
-Bu mahnıdır.Mən buna meyxana demirəm.Özüm də toylarda pul alıram deyə,deməyə məcbur oluram.Belə bir janr yoxdur və klassik meyxananı da bərbad günə qoyan elə budur.
-Meyxana daha çox Bakı və Abşeron yarımadasına aid olan bir janrdır.Bütün meyxanaçılar bu məktəbdən bəhrələnir.Deyilmi?
-Bəli.Meyxana Bakı və ümumiyyətlə,Abşeron məktəbinə aiddir.Digər bölgələrimizdə də yaxşı meyxana deyənlərimiz var.Onlar hamı Bakı məktəbindən bəhrələnir və meyxana deyirlər.
-Meyxananın böyük səhnələrdə deyilməsinin vaxtı deyilmi ?
-Meyxana böyük səhnələrində səslənir.Respublika sarayında həm solo, həm də duet formalı meyxana konsertləri keçirib.Namiq Qaraçuxurlu və Aygün xanımın timsalında meyxana Moskvada”Kreml” səhnəsində də böyük uğurla nümayiş olunub.Bir qalıb Hollivud səhnəsi. İnşaallah Hollivuda da digər janrlardan öncəç meyxana gedib çıxar.
-Bir az da Emin Bədəlovla iş birliyinizdən danışaq.
-Dostum, qardaşım Emin Bədəlov ilk dəfə mənim”Mələyimsən” mahnımı oxuyub.Bu mahnını 2015-ci ildə özüm də ifa etmişəm. Amma Emin müğənnidir və müğənninin ifası meyxanasından fərqlənir.Daha sonra onunla “Bakı” mahnısını oxumuşuq.Mahnının sözləri və musiqisi mənə aiddir.
-İş birliyinizi davam etdirmək istəyirsinizmi?
-“Bakı” mahnısının ardı olaraq, E. Bədəlovla popuri hazırlamaq istəyirik.
-Mahnılarınızı daha hansı müğənnilər ifa edib?
-Xatun ifa edib.İlin ən reytinqli mahnısı olan “Qaynana” mahnısın.
-Hansı müğənniyə mahnı yazıb vermək istərdiniz?
-Heç kimə.
-Niyə?
-Çünki,”Şəmkir” haqqında mahnı sifariş vermişdilər.Sözlərini və musiqisini yazdıqdan sonra bir ay mən bu müğənnini (adını çəkməyəcəm) axtardım,amma tapa bilmədim ki,mahnını ifa etsin.Ona görədə daha heç kimə mahnı yazmıyacam.
-Pərviz ailəlisinizmi?
_Bəli ,2 övladım var.
-Allah saxlasın.
-Pərviz bəyə həyatda xoşbəxtlik və işlərində müvəffəqiyyət arzusuyla
M.Sadiqova


“Hollivud səhnəsinə meyxananı  ilk dəfə bizim meyxanaçılar,çıxarar”

Şərh