Simona Amir: "Qabırğalarımı çıxartdırdım"

26 oktyabr 2017 17:27
Oxunma sayı: 332

Simona Amir: "Qabırğalarımı çıxartdırdım"
Simona Amir: "Qabırğalarımı çıxartdırdım"
Simona Amir: "Qabırğalarımı çıxartdırdım"
Simona Amir: "Qabırğalarımı çıxartdırdım"



Müsahibələrinin birində “Mən rəqs edərək pul qazanıram, bədənimi satmaqla deyil. Bu həyatda səsin yox, sözün yüksəlsin” deyərək vurğulamışdı. Əslində sadəliyi səmimiliyi ilə seçilən həmsöhbətimiz öz maraqlı söhbətləri ilə həyat və yaradıcılğına baş vurdu. Acılı-şirinli xatirələrini danışdı.
-Simona salam, necəsiz?
-Təşəkkür edirəm siz yaxşı olun.
-İlk öncə adından başlayaq. Maraqlı və qeyri adi adınız var. Simona.
-Bəli mənim əsl adım Simonadır. Özüm Sibirdə doğulmuşam 1988-ci ildə.Orda yaşayıb böyümüşəm və daha sonra valideynlərimlə bərabər 8 yaşında olarkən Azərbaycana köçmüşük.
-Neçə ildir Bakıdasınız?
-Artıq 20 ildir Bakıdayam,lakin buna baxmayaraq yenədə Rusiyaya gedib gəlirəm. Qeyd edim ki mən İstanbuldada yaşamışam. Oradada professional rəqslə məşğul olmuşam.
-Neçə ildir bu sənətdəsiniz?
-Artıq bir 10 il olar ki, professional rəqs sənətindəyəm.
-Simona, bəzən çox zaman açıq saçıq rəsmlərinlə bağlı necə sənə iradlar filan gəlibmi?
-Olanda olur. Bilirsiniz ki bizdə hər bir şeyə bir əmma qoymağı sevirlər. Amma mən yenədə qeyd edim ki, bu sənətdə rəqslə məşğul olmaq və açıq-saçıq oriental rəqslər etməyi irad tuturlar. Niyə? Axı burda qəbahət bir şey yoxdur. Mən bir daha söyləmək istəyirəm ki, mən rəqs edərək pul qazanıram, bədənimi satmaqla deyil. Bu həyatda səsin yox, sözün yüksəlsin.
-Bəs siz özünüz daha çox hansı rəqqasəyə üstünlük verirsiniz?
-Açıq deyim mən yalan danışmağı sevmirəm ama nə deyim mən Türkiyədə Didemi daha çox izləyirəm. Azərbaycanda isə hamısını.
-Mən sizi başa düşdüm. Bəs Azərbaycanda kimin rəqs sənətini bəyənirsiniz?
-Heç kəsin.
-Heç kəsin? Belə qısa və lokanik?
-(gülür) Yox sadəcə sevmirəm bəyənmirəm.
-Bəs özün necə bu sənətə necə yiyələnmisən?
-Təbii ki, iki ilə yaxın Ukraynada yaşamışam. Və mənim orada müəllimim Diana xanım mənə bu sənətin incəliklərin öyrədib, bu sənəti mənə sevdirib.
-Ukraynada ərəb rəqsləri?
-Əlbəttə.
-Bax 30 yaşın var. Amma nədənsə hələdə ailə həyatı qurmamısınız?
-Ümumiyyətlə Zümrüd xanım bu haqda mən düşünməmişəm.
-Niyə?
-Çünki mən sənətimin vurğunuyam. Sənətimi sevib yaradıcılığımı genişləndirmək üçün mən şəxsi həyat haqqında hələ düşünməmişəm.
-Xasiyyətcə necə birisiniz?
-Baxırda. Təbii ki xasiyyətimdə inadkaram istədiyimi əldə etməyi sevirəm.
-Sənin bu sənətdə olmağına valideyinlərinin münasibəti necədir?
-Vallah nə deyim, hələ də narazıdırlar. Amma mən yenə də vurğulayım ki, onlarıda bu sənətimi sevib başa düşmələri üçün onları alışdırmalıyam.
-Maraqlıdır sən bəzi sənətçilər kimi gələcəkdə nə kimi estetik əməliyyatlar elətdirmək istəyirsən?
-Əslində mənim fikrim var. Yaxın aylarda qabırğalarımı çıxartdırım.
-Niyə?
-Bilirsinizdə bizim rəqslərdə elastiklik çoxdur. O üzdən istəyirəm ki, daha elastik olum daha elastik plastikaya malik rəqs etməyi bacarım.
-Əsl sənətiniz nədir?
-Mənim vallah əsl sənətimi desəm inanmarsınız bəlkədə. Əsl sənətim modelyer dizaynerdir,amma...
-Bu sahəni seçməmisiniz?
-Yox qəti şəkildə bildirim ki, yox.
-Axı niyə?
-Mən rəqs sənətinin vurğunu olmuşam. Məhz bu üzdəndə rəqs sənətini seçib sevmişəm və bu gün bu sənətimlə məşğulam.
-Maraqlıdır. Simona, dediniz ki modelyer dizaynersiniz.
-Bəli.
-O zaman səhnə paltarlarınıza özünüz hardasa dizayn verirsiniz yox?
-Hardasa. Bilirsiniz niyə, çünki mənim paltarlarımın bir çoxu hazır Türkiyədən gəlir.
-Rəqqasədə ən önəmli olan nədir?
-Ən önəmlisi odur ki sənətini sevəsən.
-Aha. Bəs bu sizdə alınır?
-Əlbəttə mən sənətimin aşiqi və vurğunuyam. Bilirsinizmi, məni tanıyan əhatəm belə söyləyirlər ki Simona Amir sənətinin vurğunudur, ürəkdən rəqs edib mahnı ilə yaşayır.
-Rəqqasə bəs formada necə qalmalıdır?
-Təbii ki pəhrizinə riayət etməli. Düşünməyin ki, mən fitness filanla məşğulam. Yox sadəcə olaraq bildirim ki mən öz pəhrizimə diqqət edirəm.
-Bəs neçə ildir bu sənətlə ciddi məşğulsunuz?
-Uzun zamandır bu sənətlə məşğulam və hələ də məşğul olacağam. Gələcəyi isə zaman özü göstərər.
-Ümumiyyətlə ailə haqqında fikirləşmirsiniz?
-Hələ ki yox.
-Axı niyə? Buna səbəb nədir?
-Bilirsinizmi məni sevib mənimlə ailə həyatı quran bir kəs hər kimdirsə öncə mənim sənətimi sevməlidir.
-İndi toylara neçəyə gedirsən?
-Mən heç zaman qiymətimi demirəm.
-Bu sənətdə yetərincə tanınmısınızmı?
-Deyərdim ki hə.
-Bəs sonda bizə nə deyərdiniz?
-Sadəcə media sahəsində və həyatınızda uğurlar.
Əslində müsahibimlə daha maraqlı diskussiya yaratmaq istəyirdim amma vaxt məhdudiyyəti buna imkan vermədi.
Zümrüd Güləliqızı

Şərh