MDB Dövlət Başçıları Şurasının iclası keçirilir

11 oktyabr 2017 16:26
Oxunma sayı: 241

MDB Dövlət Başçıları Şurasının iclası keçirilir




Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
BakiFM.az Oxu.Az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin tədbiri açıq elan edib.
V.Putin MDB-yə daxil olan ölkələrin yeni, qarşılıqlı əhəmiyyətli layihələrə başlamaq üçün bütün imkanlara malik olduqlarını qeyd edib.
İqtisadi əlaqələrin inkişafı, hərbi əməkdaşlıq və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi Sammitin əsas mövzusu olacaq.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev də MDB Dövlət Başçıları Şurasının iclasına qatılıb.

Şərh