Məktəblilər qəzaya düşdü: Yaralananlar var

11 oktyabr 2017 16:39
Oxunma sayı: 251

Məktəblilər qəzaya düşdü: Yaralananlar var




Lənkəranda məktəb şagirdləri qəza törədib.
BakiFM.az Report-a istinadən xəbər verir ki, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib.
Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək, yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad. Yaralılardan biri sürücüdür. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.
Faktla bağlı araşdırma aparılır.

Şərh