Ermənistanda tələbələrlə polis arasında toqquşma olub

15 noyabr 2017 13:04
Oxunma sayı: 92

Ermənistanda tələbələrlə polis arasında toqquşma olub



Ermənistan parlamentinin qarşısında noyabrın 15-də hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb.

Oxu.Az-ın news.am saytına istinadən verdiyi məlumata görə, əvvəlcə etirazçılar parlament binasının qarşısındakı yolu bağlayıblar.

İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb.

Polis əməkdaşları güc tətbiq etməklə etirazçıları hadisə yerindən uzaqlaşdırmağa çalışıblar, nəticədə toqquşma baş verib


BakiFM.az



Ermənistanda tələbələrlə polis arasında toqquşma olub

Şərh