İlham Əliyev sloveniyanın prezidentini təbrik etdi.

15 noyabr 2017 16:19
Oxunma sayı: 91

İlham Əliyev sloveniyanın prezidentini təbrik etdi.



Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sloveniya Respublikasının prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

BakiFM.az bildirir ki,Oxu.Az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Şərh