Yol qəzası zamanı xəsarət alan zəvvarların adı bilindi

15 noyabr 2017 16:39
Oxunma sayı: 104

Yol qəzası zamanı xəsarət alan zəvvarların adı bilindi



Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan zəvvarların adı məlum olub.

BakiFM.az report.az-a istinadən bildirir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Əliyeva Gülxatun Etibar qızı, 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Qurbanova Yeganə Nəbi qızı xəsarət alıb.

G.Əliyeva bel nahiyəsindən, Y.Qurbanova isə baş-beyin nahiyəsindən travma alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobil qəzası baş verib. "Hyundan-Tucson" markalı avtomobil zəvvarları daşıyan avtobusun arxa təkərinə çırpılıb. Hadisə nəticəsində avtobusda olan zəvvar xanımlardan ikisi xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yol nəqliyyat hadisəsi nəticəsində Ələt Astara yolunun bir hissəsi bağlanıb.

Şərh