Salyanda Qaz patlayişı baş verib

16 noyabr 2017 14:46
Oxunma sayı: 111

Salyanda Qaz patlayişı baş verib



Bu gün günorta saatlarında “Azəriqaz”ın Salyan şəhərində yerləşən 104 saylı tənzimləmə məntəqəsində partlayış baş verib.
BakiFM.az Salyan Şirvan bürosuun məlumatına görə, partlayış nəticəsində məntəqədə olan növbətçi - Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini 56 yaşlı Gülüşov Əlizadə İsmayıl oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Hazırda hadisə yerində yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Partlayışın küçədə aparılan budama işləri zamanı kəsilmiş ağacın qaz qurğusunun üzərinə düşərək onu zədələməsi ucbatından baş verdiyi deyilir.

Semid Quliyev

Şərh