Bakıda və Moskvada Fərhad Bədəlbəylinin illik yubileyi keçiləcək

16 noyabr 2017 15:02
Oxunma sayı: 87

Bakıda və Moskvada Fərhad Bədəlbəylinin  illik yubileyi keçiləcək


Dekabrın 27-də görkəmli Azərbaycan pianoçusu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda və Moskvada təntənəli yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən BakiFM.az a verilən məlumata görə, noyabrın 24-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında F.Bədəlbəylinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Fuad İbrahimov, solistlər – Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə) çıxış edəcək.

Cari ilin 13 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Roskonsert” birliyinin dəstəyi ilə Moskvada P.İ.Çaykovski adına Konsert Zalında yubiley gecəsi keçiriləcək. Tədbirdə F.Bədəlbəyli ilə birgə tələbələri, pianoçu, xalq artisti Murad Adıgözəlzadə, tanınmış Azərbaycan dirijorları, xalq artisti Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

Şərh