FHN pişiyi xilas etmək uçun briqada cəlb etdi

16 noyabr 2017 15:21
Oxunma sayı: 121

 FHN pişiyi xilas etmək uçun briqada cəlb etdi



Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə Nərimanov rayonu ərazisindəki binalardan birində yerləşən mənzildə pişiyin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

BakiFM.az lent.az-a istinadən xəbər verir ki, pişiyin miyoltusunu eşidən bina sakinlərindən biri onun yaşayış olmayan mənzildən xilas edilməsi üçün müraciət edib. Dərhal əraziyə polis və FHN-in xilasediciləri, eləcə də təcili tibbi yardım briqadası cəlb edilib.

Xilasedicilər qapını aça bilmədiyindən mənzilə pəncərədən daxil olaraq pişiyi xilas ediblər və onu həkimlərə təhvil veriblər.

Şərh