Bakıda uçqun olub: torpaq altında qalan fəhlə xilas edilib

18 noyabr 2017 10:37
Oxunma sayı: 73

Bakıda uçqun olub: torpaq altında qalan fəhlə xilas edilib



Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu ilə əlaqədar yeni məlumat yayıb.
Xezerxeber.az FHN-in saytına istinadən xəbər verir ki, uçqun nəticəsində torpaq altında qalan 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu nazirliyin xilasediciləri tərəfindən xilas edilib.
Xilasetmə işləri barədə əlavə məlumat veriləcək.

Şərh