Özbəkistanın müdafiə naziri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

18 noyabr 2017 10:39
Oxunma sayı: 83

Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Abdusalom Azizov və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Özbəkistanın müdafiə naziri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub


Bakıfm.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil istiqamətində ikitərəfli əməkdaşlıq sahəsində imkanlar müzakirə edilib.
Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə tanış olub.

Şərh