“Eurovision – 2018” mahnı müsabiqəsinə biletlərin satış tarixi açıqlanıb

18 noyabr 2017 12:02
Oxunma sayı: 108

“Eurovision – 2018” mahnı müsabiqəsinə biletlərin satış tarixi açıqlanıb


Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək "Eurovision – 2018” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 43-ə çatıb.
Bakıfm məlumat verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat dərc olunub.
Avropa Yayım Birliyi ötən həftə mahnı müsabiqəsinə 42 ölkənin iştirakını açıqlasa da, Makedoniyanın hesabına siyahıda artım baş verib.
Beynəlxalq müsabiqədə, həmçinin Azərbaycan, Albaniya, Avstriya, Avstraliya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirakını təsdiq edib.
Bundan əlavə, təşkilatçılar noyabrın 30-dan mahnı müsabiqəsinə ilk biletlərin satışa çıxarılacağını elan ediblər. Qiymətlər 35 avrodan başlayacaq. Bilet satışının ikinci mərhələsi 2018-ci ilin əvvəlində baş tutacaq.
Xatırladaq ki, Azərbaycanı müsabiqədə müğənni Aysel Məmmədova təmsil edəcək.

Şərh