Dünyanın ən bahalı əsəri 450 milyon dollara satıldı

18 noyabr 2017 12:58
Oxunma sayı: 95

Dünyanın ən bahalı əsəri 450 milyon dollara satıldı


Nyu-Yorkda Christie's auksionunda Leonardo Da Vinçinin «Dünyanın xilaskarı» əsəri 450312500 dollara satılıb. Satış 30 dəqiqə çəkib.
Bu qiymət auksionda və ümumilikdə satılan incəsənət əsəri üçün rekord qiymət olub.
Bundan əvvəlki rekord 2 il öncəyə aiddir. Həmin vaxt Pablo Pikassonun «Əlcəzairli qadınlar» əsəri Qətəin baş naziri Həməd Əl Tani tərəfindən 179 milyon dollara alınmışdı.
«Dünyanın xilaskarı» əsərinin alıcısı anonimliyini saxlayıb.
Da Vinçi 1519-cu ildə ölüb. Onun 20-dən az əsəri günümüzə çatıb. Sözü gedən əsərin isə dəfələrlə restavrasiya edilidiyi iddia olunur. Aşağıda şəklin ilkin variantını (Kukun kolleksyia kataloqundan reproduksiyadır. 1913) təqdim edirik .

Dünyanın ən bahalı əsəri 450 milyon dollara satıldı



Dünyanın ən bahalı əsəri 450 milyon dollara satıldı

Şərh