"Facebook"u geridə qoydu - 523 milyard dollar

23 noyabr 2017 17:47
Oxunma sayı: 131

"Facebook"u geridə qoydu - 523 milyard dollar



Çinin sosial media şirkəti"Tencent” bazar dəyərini artıraraq "Facebook”u geridə qoyub.
Sosial mesajlaşma və mobil ödəmə tətbiqi olan "Wechat” sosial şəbəkəsinin sahibi "Tencent” şirkəti,Honkonqun fond birjalarındakı dəyərini gün ərzində 2.38 faiz artırıb. Bu artımla bazar qiymətini 523 milyard dollara yüksəldən şirkət "Facebook”-u geridə qoyub.
Bununla, "Tencent” şirkəti, "Apple”, "Alphabet”, "Microsoft” və "Amazon”dan sonra dünyanın ən dəyərli 5-ci texnologiya şirkəti adını qazanıb.

Şərh