Unikal qurğu ürəklə bağlı problemləri qeydə alacaq

23 noyabr 2017 19:40
Oxunma sayı: 85

 Unikal qurğu ürəklə bağlı problemləri qeydə alacaq


"CeyKeyMedikal” şirkəti ürək-damar xəstəliklərinin diaqnostikası üçün kredit kartından kiçik kardioqraf təqdim edib. Çəkisi cəmi 25 qram olan qurğu bir həftə ərzində insanın ürəyinin fəaliyyətini qeydə alır. Sonra informasiya USB vasitəsilə portala ötürülür. Burada həkim onu təhlil edərək ilkin diaqnoz qoya bilər.
Şirkətin direktoru Aleksandr Kostrikin bildirib ki, "ELSKAN” layihəsinin əsas üstünlüyü ürək qulaqcıqlarının fibrilyasiyasının erkən mərhələdə qeydə alınması və diaqnostikası imkanıdır. Bu problem tromboemboliya, insult və infarktdan ölümün əsas səbəblərindəndir.
Bakıfm meddaily.ru saytına istinadla xəbər verir ki, kardioqrafın kliniki sınaqları zamanı müayinənin nəticələrinə əsasən, ürəkdə 20 əməliyyat yerinə yetirilib və ya dərmanlarla müalicə tövsiyə edilib. Qurğunun qiymətinin 35-85 dollar təşkil edəcəyi gözlənilir.

Şərh