İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötüb

26 noyabr 2017 20:21
Oxunma sayı: 89

İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötüb


Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.

Bakıfm.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin 237-i kişi, 246-ı qadındır.
Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.
Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib.

Şərh