230 hərbi təyyarənin iştirakı ilə irimiqyaslı təlimlər keçiriləcək

26 noyabr 2017 20:22
Oxunma sayı: 104

230 hərbi təyyarənin iştirakı ilə irimiqyaslı təlimlər keçiriləcək



Koreya Respublikası və ABŞ dekabrın 4-dən 8-dək 230 hərbi təyyarənin iştirakı ilə irimiqyaslı birgə təlimlər keçirəcək.

Bakıfm Yonhap agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyaya qarşı güc nümayişi hesab olunan hava hücumu təlimlərinə ümumilikdə 12 min hərbçi, o cümlədən hərbi dəniz qüvvələrinin kontingenti cəlb olunacaq.

Bildirilir ki, ABŞ hərbi hava qüvvələrinin 6 "F-22 Raptor” qırıcı və 4 "F-35A” qırıcı-bombardmançı təyyarəsi təlimlərdə şərti döyüş tapşırıqlarını yerinə yetirəcək. Bu, 6 "F-22” təyyarəsinin Koreya Respublikası səmasında eyni vaxtda ilk uçuşu olacaq.

Qeyd edək ki, noyabrın əvvəlində Koreya Respublikası və ABŞ birgə geniş hərbi təlimlər keçirmişdi. Təlimlərə Birləşmiş Ştatların 3 hərbi təyyarədaşıyan gəmisi də daxil olmaqla hər iki ölkənin hərbi dəniz qüvvələrinin geniş kontingenti cəlb olunmuşdu.

Şərh