Biləsuvar sakini keçmiş kürəkəni qətilə yetirdi

02 dekabr 2017 11:14
Oxunma sayı: 199

Biləsuvar sakini keçmiş kürəkəni qətilə yetirdi



Biləsuvar rayonun Təzəkənd kəndində qətl hadisəsi baş verib.

BakiFM.az-ın APA-ya istinadən xəbərinə görə, kənd sakini, 1949-cu il təvəllüdlü Əlican Qəmbər oğlu Ağayev keçmiş kürəkəni, 1983-cü il təvəllüdlü Ramil Nofəl oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


www.BakiFM.az

Şərh