Türkiyədə kişilərə – Qeyri adi qadağalar

02 dekabr 2017 11:24
Oxunma sayı: 200

 Türkiyədə kişilərə – Qeyri adi qadağalar



Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.

BakiFM.az-ın Daily News nəşrinə istinadən məlumatına görə, müvafiq fətvanı Türkiyə Diyanət İşləri İdarəsi verib.

“Saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın. İslam qaydalarına əsasən, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir. Bu qəbuledilməzdir”, - fətvada bildirilir.

Bundan əlavə, qurumdan qeyd ediblər ki, İslama zidd olan musiqiyə qulaq asmaq da günahdır.

Həmçinin Türkiyədə spirtli içki satılan yerlərdə işləmək də qadağan olunub.


www.BakiFM.az

Şərh