Səudiyyə Ərəbistanının vəliəhdi “İlin adamı”na laiq görüldü

05 dekabr 2017 12:52
Oxunma sayı: 148

Səudiyyə Ərəbistanının vəliəhdi “İlin adamı”na laiq görüldü


“Time” jurnalı oxucularının online səsverməsi nəticəsində Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əl-Saud “İlin adamı- 2017” seçilib.

www.BakiFM.az məlumatına əsasən, oxucuların 24 faizi ona səs verib.

Səsvermənin nəticələrinə əsasən, ikinci yerdə “MeToo” hərəkatı qərarlaşıb, üçüncü pilləni isə Amerika futbolunun oyunçusu Kolin Kapernik, ABŞ-ın “Rusiya işi üzrə” xüsusi prokuroru Robert Müller və ABŞ-a valideynlərini qanusuz yolla keçirən gənclərdən ibarət “Xəyalpərəstlər” (“Dreamers”) qrupu bölüşdürüb.

Xatırladaq ki, keçən il oxucu səsverməsinin lideri Hindistanın baş naziri Narendra Modi olmuşdu.


www.BakiFM.az

Şərh