Salyanda lombarda silahlı hücum olundu

06 dekabr 2017 13:27
Oxunma sayı: 176

Salyanda lombarda silahlı hücum olundu


Bu gün səhər saatlarında Salyan şəhərinin Ə.Zeynalov küçəsindəki evlərdən birində yerləşən lombarda naməlum şəxs tərəfindən basqın olub.

www.BakiFM.az məlumatına görə, lombardın sahibi Elman Şahsuvarova məxsus həyətə daxil olan naməlum şəxs onun işçisi, baldızı - 47 yaşlı Bədəlova Xanım Eldar qızını bıçaqla hədələyərək qızıl verməsini tələb edib. Qadın onun tələbini yerinə yetirdikdən sonra həmin naməlum şəxs ona üzərində olan bıçaqla qarın nahiyəsindən xəsarət yetirib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Xanım Bədəlova hazırda əməliyyata götürülüb, vəziyyəti orta ağırdır.

Polisin həyat keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində lombarda basqın edən şəxs saxlanılıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxs Salyan şəhər sakinidir.


www.BakiFM.az

Şərh