Bakıda gənc qız özünü intihar etdi.

08 dekabr 2017 11:49
Oxunma sayı: 218

Bakıda gənc qız özünü intihar etdi.



Bakıda metronun yaxınlığında özünü binadan atan qızın şəxsiyyəti müəyyənləşib.

BakiFM.az Lent.az-a istinadla xəbər verir ki, Hüseyn Cavid prospektində, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən özünü atan qızın 1993-cü il təvəllüdlü Zeynalova Əda Vidadi qızı olması müəyyən edilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

***

09:13

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

BakiFM.az Report-a istinadla xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

www.BakiFM.az

Şərh