Ronaldo özünü "tarixin ən güclü futbolçusu" adlandırdı

08 dekabr 2017 12:27
Oxunma sayı: 221

Ronaldo özünü "tarixin ən güclü futbolçusu" adlandırdı



Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatına layiq görülməsini şərh edib.

BakiFM.az-ın xəbərinə görə, onun sözlərini “France Football” nəşri sitat gətirir.

Ronaldonun fikrincə, hələ dünyaya ondan güclü futbolçu gəlməyib.

“Mən tarixin ən yaxşı futbolçusuyam”, - hücumçu bəyan edib.

Xatırladaq ki, dekabrın 7-də 32 yaşlı futbolçu beşinci dəfə “Qızıl top” mükafatını qazanıb. Hücumçu səsvermədə “Barselona”dan Lionel Messi və PSJ-dən Neymarı qabaqlayıb. Mükafatların sayına görə o Messiyə çatıb.

2017-ci ildə Ronaldo “Real”ın heyətində İspaniya çempionatı və Çempionlar Liqasının qalibi olub.

E.C
www.BakiFM.az

Şərh