Bakıda Yeni ildə Şaxta baba olmaq üçün müraciət edenlərin sayı açıqlandı.

08 dekabr 2017 12:43
Oxunma sayı: 208

Bakıda Yeni ildə Şaxta baba olmaq üçün müraciət edenlərin sayı  açıqlandı.



Bakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.

BakiFM.az-ın xəbərinə görə, bu barədə Trend-ə özəl açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: “Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.

Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.

E.C.
www.BakiFM.az

Şərh