Amerikanın minlərlə vətəndaşı öləcək - RUSİYADAN XƏBƏRDARLIQ

26 dekabr 2017 14:47
Oxunma sayı: 86

Amerikanın minlərlə vətəndaşı öləcək - RUSİYADAN   XƏBƏRDARLIQ



Koreya yarımadasında müharibə olacağı halda Cənubi Koreyada yaşayan on minlərlə ABŞ vətəndaşı həlak olacaq.

www.BakiFm.az xəbər verir ki, bunu “Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Tarix göstərir ki, ABŞ öz hədəflərinə çatmaq istəyərkən başqa dövlətlərin vətəndaşlarının həyatlarını nəzərə almır. Ancaq Vaşinqton, Cənubi Koreyada 250 min amerikalının yaşadığını nəzərə almaya bilməz. Koreya yarımadasında irimiqyaslı döyüş əməliyyatları halında on minlərlə ABŞ vətəndaşı həlak olacaq. Və bu ABŞ üçün qəbuledilməz olacaq”, - o deyib.

Diplomat əlavə edib ki, Cənubi Koreyanın paytaxtı Seulun 50 kilometrliyində Şimali Koreyanın operativ-taktik raketlərlə təchiz edilən raket kompleksləri və yaylım atəş sistemləri yerləşir.

Şərh