Uçuş zamanı insident yaşandı

17 mart 2018 22:03
Oxunma sayı: 32

İstanbulun Atatürk Hava Limanına “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsinin enişi zamanı insident baş verib.
Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.

İnsident nəticəsində xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Oxu.Az-a açıqlamasında bildirib ki, təyyarə eniş edəndən sonra hava gəmisinin ehtiyat trapı açılıb və bağlanıb:

“Problem tez bir zamanda aradan qaldırılıb Bakı-İstanbul reysi ilə uçan təyyarə artıq Bakıdadır. Təyyarə cədvəl üzrə uçub və heç bir gecikmə qeydə alınmayıb”.

Şərh