Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu hər an Afrin şəhər mərkəzinə daxil ola bilər

17 mart 2018 22:31
Oxunma sayı: 35

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Zeytun budağı" hərəkatı haqqında kritik açıqlamalar verib.

Prezident Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun hər an Afrin şəhər mərkəzinə daxil ola biləcəyini deyib.
"Afrinə girdik, giririk. Hər an müjdəli xəbəri verə bilərik. Aldığım son məlumata görə, zərərsizləşdirilən terroçu sayı 3569 olub. Fəth yaxındır. Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Terror koridorlarından gələn təhdidlərdən yorulduq və lazım olanı etdik. Necə deyirdim? Bir gecə zamansız...", – deyə Ərdoğan bildirib.

Şərh