Salyan yolunda əcnəbi vətəndaşlar qəzaya uğradı (Video)

28 mart 2018 20:16
Oxunma sayı: 278

27.03.18 tarixdə Novruz bayramını Azərbaycanda qeyd edib geriyə öz ölkərinə qayıdan İran vətəndaşları Ələt-Astara yolunun 36-cı kilometrliyində (Salyan rayonu Yenikənd kəndindən keçən hissəsində) avtomobil qəzası baş vermişdir.
Qəzaya səbəb Priora markalı avtomobilin əks yola çıxaraq qarşıdan gələn Mersedes avtomobili ilə toqquşması olmuşdur.
Nəticədə İran vətəndaşı 33 yaşlı Hətəmi Zöhrə Yadulla qızı bədən xəsarətləri ilə Salyan rayon Travmatalogiya şəbəsinə yerləşdirilmişdir.
Hadisənin səbəbkarı Priora markalı avtomobilinin sürücüsü qəza baş verdikdən sonra hadisə yerindən uzaqlaşmışdır.


Şərh