Deputat Fəzail Ağamalı Xarici İşlər Naziri Elmar Məmmədyarovu istefaya çağırdı

30 mart 2018 13:18
Oxunma sayı: 227

Deputat Fəzail Ağamalı Xarici İşlər Naziri Elmar Məmmədyarovu istefaya çağırdı

Deputat Elmar Məmmədyarovu istefaya çağırdı
Xarici işlər naziri Elmar Məmmədyarov istefaya getməlidir.

Bakifm.az-ın xəbərinə görə, bunu millət vəkili Fəzail Ağamalı parlamentin xüsusi iclasında çıxışı zamanı bildirib.

O, E.Məmmədyarovu öz işinin öhdəsindən gələ bilməməkdə, Qarabağ danışıqlarında uğurlu nəticə əldə edə bilməməkdə ittiham edib.

Spiker Oqtay Əsədov isə deputata belə cavab verib:

“Bu, deyəsən, “Ana Vətənçi”lərin adətidir. O, gün partiyanızın keçmiş üzvü olan prezidentliyə namizəd bunu dedi, indi də Siz…”

Şərh