Bəzi deputatlar Şaumyanın Müdafiəsinə qalxıblar

30 mart 2018 13:21
Oxunma sayı: 184

Akademik: Bəzi məmurlar Şaumyanın müdafiəsinə qalxıblar
Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarlarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxıblar.

Oxu.Az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən xüsusi iclasında deputat, tarixçi alim, akademik Yaqub Mahmudov bildirib.

O deyib ki, araşdırma zamanı Şaumyanın o qəbirdə olmadığı aşkarlanıb.

“Biz bunu dünyaya bildirdik. Amma təəssüf ki, bəzilər dərhal Şaumyanın müdafiəsini təşkil edərək bunu ört-basdır etmək istədilər. Bu səbəbdən həqiqəti tam olaraq bəyan edə bilmirik”.

Kamil HƏMZƏOĞLU

Şərh