Amerikalı Ruslardan Trampa məktub

31 mart 2018 15:09
Oxunma sayı: 204

Korrespondent.net-dən xəbər verir ki, ABŞ-da yaşayan beş milyon Rusiyalı San Fransisko və Seattle konsulluğunun bağlanması ilə əlaqədar olaraq şikayətlənirlər. Həmçinin gələcəkdə həyatın əhəmiyyətli bir şəkildə pisləşməsinə qarşıdırlar.

"Amerika ictimai təşkilat Konqresi" Amerika-Rusiya dövlətləri arasında qarşı-qarşıya ayrı-seçkiliyin yaranmasına və Rusiya-Amerika münasibətlərinin vəziyyətinin pisləşməsinə etiraza edərək ABŞ prezidenti Donald Trump, açıq məktub ünvanlamışlar.

Amerikalı rusların təşkilat rəhbəri Nataliya Potentilla adından göndərilən məktubda deyilir ki, "Biz ABŞ-Rusiya münasibətlərinin hazırkı kursunu dəstəkləmirik. O, bizə yaxşı bir şey vəd etmir. Bu iki dövlət arasında konstruktiv dialoqa ciddi maneədir. Bundan əlavə, Rusiyaya qarşı bu iyrənc ritorika bütün ruslara qarşı nifrət doğurur. Amerikada yaşayan beş milyon Rus . ölkədə ciddi ayrı-seçkiliklə üzləşib. Bu tələsik sözlərin və hərəkətlərin nəticələrinin yükünü amerikalı rusların üzərinə düşmüşdür.
Onun sözlərinə görə, "Russophobia uçurumuna düşmək" ABŞ-ın maraqlarına cavab vermir.
Bundan əlavə, təşkilat, Trumpı seçkilərdən öncə Rus-Amerika əlaqələrini inkişaf etdirməyi vəd etməsinə baxmayaraq onu verdiyi vədi yerinə yetirməməkdə günahlandırır.
Məktubda deyilir ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması və Amerika- Rusiya münasibətləri bərpa etmənizə ümüd edərək amerikalı rusların demək olar ki, 90% sizə səs verdi. Bu gün isə məlum olurki, siz iki tərəfli münasibətləri yaxşılaşdırması barədə seçki qabağı verdiyiniz vədi yerinə yetirməkdən imtina edirsiniz.
Məktubda həmçinin Britaniyada Rusiyanın keçmiş BKİ-nin zabiti Sergey Skripalın zəhərlənməsində bilavasitə Rusiyanın iştirakını bəhanə gətirərək, Rusiya diplomatlarının ABŞ-dan çıxarılması faktı pislənilmişdir. Təşkilat bu münaqişədə Rusiyanın iştirakının olmasını hallandırmağda tələsməməyi tövsiyə edib.

Yeni bir soyuq müharibənin inkişafını dayandırmaq üçün biz sizdən Rusiyaya qarşı sanksiyalar dayandırıb,tezliklə Rusiya ilə dialoqa başlamanızı xahiş edirik.
Təəssüf ki, Rusiya və ABŞ arasında əlaqələr daha kövrəldikcə, planetimizdə olan dünya daha təhlükəli olur.

Məktubda o da vurğulanır ki, ruslar hal-hazırda San-Fransiskoda konsulluq xidmətlərindən istifadə edə bilməmələrini və bundan sonra isə hələ üstəlik Seattle da konsulluqdan istifadə edə bilməyəcəklərindən şikayətlənmişlər.
Mesajda Ruslar qohum əqrabalarını ziyarət etmək üçün bundan sonra əvvəllər olduğu kimi viza alıb birbaşa uça bilməmələrini vurğulamışlar.
Ruslar ABŞ vizasını almaq üçün konsulluqların bağlaması və diplomatların çıxarılmasını yalnız həyatımızı daha da pisləşdirir deyərk şikayətlənmişlər.

Bakifm.az

Şərh