Rusiya ilə Britaniya arasında çəkiçmə ciddiləşir

01 aprel 2018 00:04
Oxunma sayı: 202

Rusiya XİN-nin mətbuat katibi mariya Zaxarova Facebook paylaşmasında məlumat verob ki, Rusiya yenidən 50 Britaniyalı diplomatın ölkədən çıxarılmasını nəzərdə tutur.

Mariya Zaxarova keşmiş Rus kəşfiyyatçısı Sergey Skripal və onun qızının zəhərlənməsi ilə əlaqədar Britaniyanın Solsber şəhərindən Rusiyanın 23 diplomatının çıxarılmasından sonra Moskvada öz növbəsində 23 Britaniya diplomatının qovulması ilə onlara əks odekvat cavabın verilməsini xatırlatmışdır.

Eyni zamanda Mariya Zaxarova xatırlatmışdır ki, London Rus diplomatlarının Aİ dövlətlərindən qovulması uğurunda kampaniya keçirmişlər.

Məktubda bir ay ərzində ölkələr arasında diplomatik nümayəndəliklər ixtisar ediləcəkdir.

Mariya Zaxarova bundan əlavə onuda vurğulamışdır ki, Rusiyada olan Britaniya diplomatlarının sayı Britaniyada olan Rus diplomatlarının sayından 50 nəfər çoxdur.
Başqa sözlə 50 nəfərdən çox fərqlə Britaniya tərəfi üstünlük təşkil edir.

Şərh