Tələbə olmaq istəyən abuturyentlərə sınaqlar başlandı

01 aprel 2018 09:30
Oxunma sayı: 241

İlk sınaq imtahanı keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün əvvəlcədən təyin olunmuş şəhər və rayonda sınaq imtahanları keçirir.

Bakıfm.az-a DİM-dən verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyat və şəxsi kabinet internet vasitəsilə aparılıb və 23579 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlanacaq.

İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1408 nəzarətçi-müəllim ayrılıb.

Şərh