Ərdoğan İsraili terror ölkəsi adlandırmışdır.

01 aprel 2018 21:31
Oxunma sayı: 261

Türkiyə prezidenti cənab Tayib Ərdoğan İsarilin baş naziriini Afrin məsələsində işlətdiyi ifadələrə görə qınadı.
"Anadolu" xəbər agentliyinin verdiyi məlumata görə İsrailin baş naziri Binyamin Natenyahunun Türkiyə SQ-nin "Afrində dinc sakinlərə qarşı cinayət törətməsi" barəsində səsləndirdiyi bu fikri Türkiyə prezidenti cənab Tayib Ərdoğan qınamışdır.
"Natenyahu çox qəribə və absurd ifadələr işlətmişdir. Fikir verin Türkiyə terrorla həlledici mübarizə apardığı zaman İsrail cinayətlə mübarizə apamaq əvəzinə terror siyasəti aparır.
Türkiyə lideri Netanyahunun Fələstinlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən imtina etməyə çağırır və eyni zamanda onun diqqətinə çatdırır ki, "Netanyahunun səmimi olması və Türkiyəni tənqid etməməsi lazımdır, əks halda İsrail səlahiyyətliləri Ankaradan müsbət cavab ala bilməzlər"
Türkiyə lideri həmçinin Ankaranın Fəthullah Gülən hərəkatı ilə mübarizə aparmasını qeyd edib.
"Türkiyə terroristləri və həmçinində Gülənin tərəfdaşlarını izləməkdə davam edəcəkdir.
Bir neçə gün əvvəl Türkiyənin Milli Kəşfiyyat Təşkilatının əməkdaşları Kosovodan Türkiyyə 6 Gülən tərəfdarlarını gətirmiş. ABŞ-ın Pensilvaniya ştatında gizlənən Gülənin özünündə vaxtı çatacaq.
Ərdoğan eyni zamanda bildirmişdir ki, artıq Türk hərbiçiləri tərəfindən Suriyanın Afrin regionunu tam nəzarətə götürülmüşdür.

Şərh