Rusiya prezdenti seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir.

02 aprel 2018 12:35
Oxunma sayı: 281

Rusiya lideri seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir. Rusiya prezidenti Vladimir Putin sabah - aprelin 3-də Türkiyəyə gedəcək.
Bu rəsmi səfər - işğalçı Ermənistanın “qapı qonşusu”na edir;
Əldə olunan ilkin məlumatlara görə, Kreml başçısı bu rəsmi görüşə böyük nümayəndə heyəti ilə gedəcək.Görüşdə Türkiyə ilə ikitərəfli əlaqələr, o sırada hərbi əməkdaşlıqla bağlı məsələlər, habelə regional və qlobal əhəmiyyətli mövzular müzakirə ediləcək.

Elə həmin gün Ankarada Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası keçiriləcək. Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ərdoğan və Putinin iştirak edəcəyi toplantıya iki ölkənin nazirləri qatılacaq. Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkə arasında əlaqələrin inkişafı diqqət mərkəzində olacaq, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Aprelin 4-də isə Ankarada Türkiyə, Rusiya və İran dövlət başçıları arasında Suriyadakı böhranla bağlı zirvə görüşü planlaşdırılır.
Rusiya prezdenti seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir.

Putinin prezident seçkisindən sonra ilk xarici səfərini Türkiyəyə eləməsi diqqət çəkməyə bilməz və hal-hazırda bu görüş simvolik əhəmiyyət daşımır əlbətdə. Bu, Moskvanın hər şeydən öncə xarici siyasətdə qardaş ölkənin bölgədəki roluna və yerinə, Türkiyənin şimal qonşumuzdan ötrü daşıdığı əhəmiyyətə verdiyi qiyməti ortaya çıxarır. Türkiyəyə verilən önəm isə həm də Azərbaycana verilən önəm, Azərbaycana verilən mesajdır. Faktiki surətdə Moskva Ankaranı, Ankara timsalında isə Bakını seçmiş olur. Öz növbəsində bizədə bu gedişlərdən zamanında yetərincə dəyərlənmək vacibdir və mütləqdir.
Rusiya prezdenti seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir.

Bu səfər və belə yaxınlaşmalar yəqinki, ən çox işğalçı Ermənistanda narahatlıq yaradacaq, düşməni məyus edəcək. Bunuda vurğrlamaq yerinə düşərdi ki, erməni siyasi və ekspert çevrələri, Rusiyadakı və dünyadakı erməni lobbisi xüsusən də son illər Ankara ilə Moskva arasında dərinləşən əlaqələrdən təlaş keçirir, bu əlaqələrin korlanması üçün əllərindən gələni edirlər. Təlaşın əsas motivi isə siyasi arenada Türkiyə-Rusiya əməkdaşlığının Qarabağ məsələsinə Azərbaycanın xeyrinə mümkün təsiri ola biləcəyi ilə bağlıdır əlbətdə. Yəni Dağlıq Qarabağ mövzusu hər bir an Moskva-Ankara münasibətlərinin predmetinə çevrilə bilər.
Erməni tərəfini, anti türk çevrələrini Putinin səfəri ilə bağlı təlaşlandıran daha bir detal var: aprelin 3-də Mersində Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimi olacaq və mərasimə Putin də qatılacaq. Akkuyu AES-lə bağlı Türkiyə-Rusiya anlaşması 2010-cu ildə imzalanıb. Stansiyanın ilk reaktorunun ən gec 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Yəni uzağı, 5 ilə qardaş ölkə artıq nüvə enerjisinə, bəzi nüvə komponentlərinə malik olacaq ki, bu da atom silahına sahib olmaq yolunda mühüm amillərdən biri sayılır. Türkiyə kimi imkanlı və güclü dövlət üçün buna nail olmaq çətinlik törətməz.
Rusiya prezdenti seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir.

Türkiyə-Rusiya münasibətləri son illər artan xətlə inkişafdadır və getdikcə əməkdaşlığın bütün mümkün sferalarını əhatə etməkdədir. İki ölkənin ortaq maraq nöqtələri də çoxalmaqdadır və tərəflər bir-birini getdikcə daha yaxşı anlamaqdadır. Bu halın özüdə təsadüfi deyil ki, Türkiyə Qərbin Rusiyaya qarşı açdığı diplomat savaşına qatılmayıb və heç bir rus diplomatını ərazisindən çıxarmayıb. Rəsmi Ankara bu hərəkatı ilə Rusiyaya jest, Qərbə incə mesaj verib. Bununla bağlı prezident Ərdoğan Ankaranın “Sergey Skripal işi” ilə əlaqədar Moskvaya qarşı addım atmaq niyyətində olmadığını söyləmişdi. O demişdir ki, Türkiyənin bu addımı atmasında heç bir zərurət yoxdur: “Bu cür məsələlərdə ”biz də belə edək" anlayışını qəbul etmirik". Türkiyənin belə səlist və müstəqil qərar qəbul etməsi bir qardaş dövlət kimi bizidə çox sevindirir və qürurlandırır.
Ümumiyyətlə, istənilən dövlət ona dar gündə dəstəkçi olmuş dövləti və ya şəxsi unutmur. Bu mənada Türkiyə kimi qüdrətli bir dövlətin, onun liderinin heç nəyə baxmadan Rusiya əleyhinə sanksiyalara və diplomatik savaşa qoşulmaması, əksinə, Moskva ilə bütün sahələr üzrə əlaqələri inkişaf etdirməsi Kremlə soyuq savaş dövründən bu yana bənzərsiz, hətta tarixi bir addımdır. Siyasi dividentlərlə yanaşı, şimal qonşumuza maddi dividendlər gətirəcək bir jestdir.
NATO-nun və Alyansın regionda çox önəmli üzvü olan Türkiyə 4 ildir Rusiyaya qarşı Qərbin tətbiq elədiyi sanksiyalara da qoşulmayır və bir daha özünün müstəqil xarici siyasət kursuna sadiqliyini nümayiş etdirir. Eyni zamanda Ankara Krımın Rusiyaya ilhaqını (ekskalasiyasını) tanımır.
Rusiya prezdenti seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir.

Rusiyanın buna verəcəyi cavabı, yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Putinin Türkiyə səfəri çərçivəsində Kremlin bununla bağlı Ankaraya yeni reveransının şahidi də ola bilərik. Mümkündür ki, bu cavab münaqişəli bölgələrdə, o cümlədən Yaxın Şərq və Güney Qafqazda bir sıra məsələlərdə müştərək hərəkət etmək niyyətində özünü büruzə versin.
Rusiya prezdenti seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir.

Hər necə olmasa, Rusiya və Türkiyənin bundan sonra bir-birinin maraqlarını daha həssaslıqla gözləmək və ciddiyə almasını təxmin eləmək olar. Bütövlükdə Türkiyə Rusiya uçun artıq vazkeçilməz bir dövlətə çevrilir - həm də kifayət qədər uzun müddətə. Bu, Qarabağ kimi problemi olan Azərbaycan üçün də az önəm kəsb eləmir.
Rusiya prezdenti seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir.

Qeyd edək ki, müsəlman ölkələrindən yalnız Pakistan nüvə silahına malikdir. Türkiyənin nüvə dövləti statusu qazanması isə onun gücünə bənzərsiz bir güc qata və qeyd-şərtsiz regional supergücdən qlobal gücə və söz sahibinə çevirərdi. Bu isə Ankaranın bütün xarici siyasət məsələlərində, o cümlədən Qarabağ məsələsində artan söz sahibliyi deməkdir.
Rusiya prezdenti seçkidən sonra ilk xarici səfərini Türkiyəyə edir.



Əliqismət Mehdiyev
Bakifm.az

Şərh