Latviyada Rus dilində tədris dayandırılır.

02 aprel 2018 14:12
Oxunma sayı: 243

Bakifm.Az saytı Lita.novostinin verdiyi məlumatına əsaslanaraq xəbər verir ki, Latviya prezdentinin mətbuat katibinin verdiyi məlumata görə bu gün aprelin 2-də Latviya prezidenti Raymonds Veyonis təhsil haqqında qanunda düzəlişlər (yeniliklər) təsdiq etmişdir. Bu düzəlişlərə (yeniliklərə) əsasən 2021-2022-ci tədris illərində az millətli məktəblərdə tədrisin (təhsilin) tam həcmdə dövlət dilinə keçməlidir.
Latviyada Rus dilində tədris dayandırılır.

Raymonds Veyonis qeyd etmişdir ki, “Latviya dilində keyfiyyətli tədris və təhsil gənclər arasında bərabərliyi təmin edəcək. Buda öz növbəsində onlara gələcəkdə Latviyada oxuyub,orada yaşamağa xidmət edəcəkdir. Bu isə güclü və möhkəm dövlət formalaşdıracaqdır”.
Latviyada Rus dilində tədris dayandırılır.

Nəzərinizə onuda çatdırırq ki, 2018-ci il yanvarın 24-də Latviyanın Nazirlər Kabineti 2019-cu il sentyabrın 1-dən etibarən Latviya ərazisində təhsilin ancaq Latviya (Latış) dilinə tədricən keçidini təsdiq etmişdi. Bu qərara görədə Rusiya Latviyanı "Rus dilli əhalinin ayrı-seçkilik və məcburi assimilyasiyasında" günahlandırmışdı.

Şərh