Rusiyada poçt dronu yerə çırpıidı (Video)

02 aprel 2018 14:42
Oxunma sayı: 443

Meduza xəbər agentliyinin verdiyi məlumata görə Rusiyanın ilk poçt dronu havaya qalxan kimi qısa bir zamanda idarə etməni itirərək yerə çırpılmışdır.

Rusiyanın Ulan-Ude diyarında ilk dəfə olaraq pilotsuz uçan aparatlarla (dronlarla) poçtun ünvana çatdırılması üçün sınaq keçirdi.

Xəbərdə qeyd olunur ki, "İlk addım uğursuz alınmışdır. 2 kq yüklə yüklənmiş dron tez bir zamanda sürət götürüb havaya qalxsada uçuşu davam etdirə bilmədiyi üçün yaxınlıqdakı binaya çırpılmışdır".

Dron poçtu Ulan-Udedən - Buryatiyanın mərkəzindən 15 km aralı yerləşən Aşağı Sayantuy kəndinə çatdırmalı idi.

Məlumatda qeyd olunur ki, hadisə zamanı zədələn və zərərçən olmamışdır. Dron tam sıradan çıxsada, daşınan yükdə zədələnməmişdir. Rus poçtuna Dron 1.2 mil.rus rubluna başa gəlmişdi.

Şərh