Sabirabadda ev yandı (Video)

02 aprel 2018 15:07
Oxunma sayı: 490

Bu gün aprelin 2-də Sabirabadın Moranlı kəndində yanğın baş vermiş və nəticədə yerli sakinə məxsus 2 otaqlı ev yanmışdır.

Yanğın baş verən zaman evdə ev sahibi Xəyal Əlihüseyn oğlu Abbasovun həyat yodaşı olmuşdur. Hadisə baş verən zaman Xəyal Abbasov özü Bakı şəhərində xəstəxanada olmuşdur.

Əldə etdiyimiz ilkin məlumata görə, yanğın elektrik qısa qapanması nəticəsində baş vermişdir. Alov evdə olan qaz balonun partlaması nəticəsində isə dahada şiddətlənmişdir.

Yanğın nəticəsində xəsarət alan olmasad evin dam örtüyü, yanar konstruksiyaların bir hissəsi və evdə olan əşyalar yanmışdır.

Alov hadisə yerinə gəlmiş yanğın bölmələri tərəfindən tam söndürülmüşdür.


Şərh