Türkiyə-Rusiya strateji əməkdaşlığı bizə nələri vəd edir?

02 aprel 2018 18:03
Oxunma sayı: 269

Kremlin mətbuat katibinin verdiyi məlumata əsasən aprelin 3-4-də Rusiya prezidenti Putinin Türkiyə səfəri planlaşdırılır.

Putin ali səviyyədə təşkil olunan 7-ci Rus-Türk Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasında iştirak edəcəkdir.

Orada iki tərəfli iqtisadi-ticarət əməkdaşlığının vəziyyəti və inkişaf perspektivləri, birgə strateji layihələrin həyata keçirilməsi, regional və beynəlxalq məsələlər, terrorla mübarizə və Suriya məsələləri müzakirə olunacaq.

Bütün bunlarla yanaşı yəqin ki, bu iki dövlətin liderlərinin Ermənistan-Azərbaycan konflikti ilə bağlı məsələni də müzakirə etmələri istisna edilmir. Bu məsələnin müzakirə olunması isə gələcəkdə Qarabağ məsələsinin həllinə bir təkan vermiş olar.

Əliqismət Mehdiyev
Bakifm.az

Şərh