Tramp Putini görüşə dəvət etdi... Ağ evlə Moskva arasında nə baş verir???

02 aprel 2018 23:32
Oxunma sayı: 262

Ağ ev yaxın zamanlarda Trampın Putinlə görüşün olacağını təsdiq etdi. (Korrespondent.net)

Bakifm.az “Korespondent.net”ə istinadən xəbər verir ki, Ağ ev nümayəndiliyi görüşün dəqiq tarixini aşıqlamasada bu görüşün "yaxın zamanlarda" baş verəcəyini xəbər vermişlər. Prezdentlər 20 martda telefon danışıqları zamanı bu görüşün baş tutması barəsində qərarə gəlmişlər.

Ağ evdə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüşün tezliklə baş tutmasını təsdiq etmişlər. Bu haqda məlumatı aprelin 2-də brifinqdə Ağ evin rəsmi nümayəndəsi Sara Sanders xəbər vermişdir.

Sara Sanders təklifin ABŞ prezidenti Donald Tramp tərfindən gəlməsini təsdiq etmişdir. Sanders eyni zamanda telefon danışıqları zamanı prezidentlərin bu görüşün tezliklə Ağ evdə baş tutmasına qərar vermələrini nəzərə çatdırmışdır.

Xatırladaq ki, martın 20-də Tramp Putinə zəng vurub. ABŞ və Rusiya liderləri Suriya münaqişəsini, Ukrayna böhranını müzakirə edib, iki tərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlib. Tramp ilk görüşü Vaşinqtonda, Ağ Evdə keçirməyi təklif edib.

Rusiya tərəfi bu təklifi kifayət qədər maraqlı və pozitiv ideya adlandırmışlar.
Rus rəsmilərinin etiraflarına görə "Əgər hər şey normal olsa, amerikalıların bu təklifdən daşınmayacaqlarına və bizimlə sammitin keçirilməsinin mümkünlüyünü müzakirə edəcəklərinə inanırıq”

Əliqismət Mehdiyev
www.Bakifm.az

Şərh