“Grand Hospital”dan xeyirxah və nümunəvi addım

03 aprel 2018 14:30
Oxunma sayı: 297

“Grand Hospital”dan xeyirxah və nümunəvi addım

Azərbaycanın ən seçilmiş klinikalarından biri olan “Grand Hospital”la Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən klinika hemofiliyalı xəstələrə təmənnasız xidmət göstərəcək.
“Grand Hospital”dan xeyirxah və nümunəvi addım

Əməkdaşlıq layihəsinin rəhbəri, “Grand Hospital”-ın pediatr-allerqoluqu və xarici əlaqələr üzrə baş həkim müavini İlahə Həsənli açıqlamasında bildirib ki, klinikanın memorandumu imzalanmasına səbəb müxtəlif xəstəliklərdən əziyyət çəkən pasientlərə dəstək göstərməkdir: “Klinikamız tərəfindən hemofiliyalı xəstələrin həkim qəbulu, müayinəsi tamamilə pulsuz aparılacaq. Digər laborator və instrumental müayinələr xüsusi güzəştlərlə həyata keçiriləcək. Biz, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların dəstəkçisi olduğumuzu göstərməyə və onlara təmənnasız yardım əlimizi uzatmağa hazırıq. İlk olaraq hemofiliyalı xəstələrdən başladıq. Ümid edirik ki, layihəmiz bu xəstəliklə mübarizə aparan şəxslər üçün faydalı olacaq”.
“Grand Hospital”dan xeyirxah və nümunəvi addım

Əməkdaşlıq memorandumu 2018-ci ilin sonunadək qüvvədə olacaq. Lakin müqavilənin hər il uzadılacağı planlaşdırılır.

Məlumat üçün bildirək ki, hemofiliya qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir.


Əlaqə:
1117
+99412 599 1117

Ünvan: Ünvan: Həsən Əliyev, 38
info@grandhospital.az
Facebook @GrandHospitalBaku
Instagram @grand_hospital

https://www.youtube.com/watch?v=-VoGB3-HDGg&feature=youtu.be

Şərh