İtaliyada Helikopter dənizə düşdü, ölənlər var

06 aprel 2018 22:45
Oxunma sayı: 226

Bakifm.az News.bigmir.net-in verdiyi məlumata əsaslanaraq xəbər verir ki, İtaliyada HDQ-nin helikopteri dənizə düşmüşdür. Ölənlər vardır.

Verilən məlumata görə Aralıq dənizində Sea Safe əməliyyatında iştirak edən İtaliya HDQ-nə məxsus SH 212 tipli helikopter qəzaya uğramışdır.

Xəbər verilir ki, helikopter gecə məşqləri keçirmək məqsədi ilə 5 nəfər heyyətlə aprelin 6-da Borsini döyüş gəmisindən havaya qalxmış. Dəniz üzərində uçuş keçirən helikopter naməlum səbəblərdən suya düşmüşdür. Qəzadan dərhal sonra xilasetmə işlərinə başlanılmış və nəticədə helikopterin 4 ekipaj üzvünü xilas etmək mümkün olmuşdur. Heyyət üzvülərindən 1-ni xilas etmək mümkün olmamışdır. Hadisə (Fakt) üzrə araşdırma işləri aparılır.

Bundana əvvəldə Fransanın cənubunda helikopterin yerə çırpılması nəticəsində 2 nəfərin ölümü ilə nəticələnən hadisə baş vermişdi.

Şərh