Sərhəd boyunca güclənən NATO qüvvələri Rusiyanı narahat etməyə başlamışdır.

06 aprel 2018 23:47
Oxunma sayı: 229

Sərhəd boyunca güclənən NATO qüvvələri Rusiyanı narahat etməyə başlamışdır.


Bakifm.az Korresandent.net-in verdiyi məlumata əsaslanaraq xəbər verir ki, Rusiya prezidenti V.Putin sərhədyanı dövlətlərə hörmətlə yanaşdıqlarını bildirmişdir.

V.Putin vurğrlmaışdır ki, Rusiya sərhədlərində NATO-nun gücü artılır. Biz öz qonşu dövlətlərimizə hörmətlə yanaşırıq, ancaq buna baxmayaraq hal-hazırda sərhədyanı dövlətlərdə NATO qüvvələrinin genişlənməsi bizi çox narahat edir. Bu faktlarda öz növbəsində RF-nın iştirkaı ilə baş verən inteqrasiyanı ləngidir.

Kremlin mətbuat xidməti məlumat verir ki, bu gün aprelin altısında Rusiya prezidenti Vladimir Putin Rusiyanın Təhlükəsizlik Şurasının iclasında demişdir ki, son illərdə Rusiya sərhədləri qonşuları ilə "qarşılıqlı hörmət prinsipləri əsasında" qurmağa və qorumağa çalışır, lakin Rusiya Federasiyasının ərazisində NATO qüvvələri qurulması və genişlənməsi yeni münaqişələrə səbəb olur. NATO qüvvələri bununla postsovet məkanında köhnə münaqişələri "alovlandırmaq" üçün cəhdlər edir.

Putin Rusiya Federasiyasının subyektlərinin sərhədlərini nəzərdən keçirməyi qəbuledilməz hesab edir. O demişdir ki, "Keşmiş illər ərzində sərhəd sferasında qarşılıqlı hörmət prinsipləri, sərhədlərin qonşu ölkələrlə beynəlxalq hüquqi qeydiyyatı və dəniz sahələrinin delimitasiyası ilə bağlı lazımi tənzimləyici normativ sənədlər formalaşmışdır". .

Rusiya lideri , son illər Rusiyanın sərhəd bölgələrindəki vəziyyəti sabitləşdirmək, beynəlxalq terrorçularun və ekstremistlərin Rusiyaya daxil olma riskini azaltmaq mümkün olduğunu söyləmişdir. Eyni zamanda Rusiya sərhədinin heç bir yerdə bitməyəcəyini söyləyən Putin, vəziyyətin sürətlə dəyişdiyini, sərhədlərdə və digər sahələrdə yeni çətinliklərin ortaya çıxdığını qəbul etdiyini vurğulamışdır. O söyləmişdir ki, NATO öz hərbi potensialını Rusiya il sərhəd boyu artırır. Bu da bizim inteqrasiya olmağımıza ləngidici manelər yaradır. Bütün bunlarda öz nöbəsində regionda hərbi-siyasi qeyri-sabitliyin, qaçaqmalçılığın və cinayətkarlığın artmasına, kəskin humanitar problemləri olan postsovet məkanında və qonşu bölgələrdə köhnə münaqişələrə alışdırıcı yeni yanğınlar yaradılmasına gətirib çıxarır.

Bu şərtlərdə bizim əsas vəzifəmiz - "sərhədlərimizin etibarlı qorunmasını təmin etmək, potensial təhdidləri (təzyiqləri) tez və təsirli şəkildə təsirsiz hala gətirməkdir, neytrallaşdırmaqdır". Rusiya Federasiyasının başçısının sözlərinə görə, dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatına və dəniz sahələrinin delimitasiyasına, o cümlədən Rusiya kontinental şelfinin xarici sərhədinə dair davamlı, səmərəli işin davam etdirilməsi vacibdir. Daha əvvəl Putin, Rus xalqının zəngin və həyatlarını təmin edən kodları olduğunu söyləmişdi.

Şərh