Rusiya ABŞ sanksyalarına sərt cavab verəcək !!..??

07 aprel 2018 00:38
Oxunma sayı: 262

Bakifm.az Korrespondent.net-in verdiyi məlumata əsalanaraq xəbər verir ki, Rusiya XİN-in yaydığı açıqlamada bildirilir ki, Rusiya ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcək.

Məlumatda deyilir ki, “Vaşinqtonun Moskva ilə sanksiya dilində danışmaq illüziyalarından qurtulmağının vaxtı çatıb. Əvvəllər də qeyd edildiyi kimi, bundan sonrada heç bir təzyiq tədbirləri Rusiyanı seçdiyi yoldan döndərə bilməz. Sanksiyalar yalnız ABŞ-ın qarşısına qoyduğu məqsədə nail ola bilmədiyini nümayiş etdirir və bu da öz növbəsində Rusiya cəmiyyətini sıx birləşdirməkdə davam edir”.

Qeyd etmək istərdik ki, bu gün ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

Şərh