Rusiyalı politoloq: Putinin ətrafında fikir ayrılığı var.

08 aprel 2018 02:43
Oxunma sayı: 227

Rusiyalı politoloq Stanislav Belkovskiy Rusiya prezidenti Vladimir Putinin ətrafındakıları arasında baş verən fikir ayrılğından-müharibədən danışdı.

Rusiyalı politoloq Stanislav Belkovskiy "Exo Moskva"-ya verdiyi müsahibədə bildirmiişdir ki, Rusiya prezidenti Vladimir Putinin ətrafındakılar dövlət başçısının Qərblə qarşıdurmya necə reaksiya verəcəklərini bilmirlər.

"İndi ancaq Vladimir Putinin ətrafındakıları ona bu 5-ci prezdentlik fəaliyyətinə yenicə başlanması ilə əlaqədar olaraq Qərbin müəyyən tələbləri ilə razılaşmağı və yaxudda qarşıdurmanı intensivləşdirərək axıra kimi tam qələbə olmasada heç olmasa yarım qələbə əldə edənə kimi davam etdirməyi məsləhət görürlər".

Stanislav Belkovskinin sözlərinə görə - "Ətrafında olanların bir hissəsi qoşunların Donbasdan çıxarlaraq ora BMT-nin Sülh məramlı dəstələrin yerləşdirilməsini və Ukraynaya öz sərhədlərini nəzarətə götürməyi düzgün hesab edirlər. Putinin ətraf mühitinin digər bir hissəsi isə düşünür ki, məğlubiyyət qaçılmazdır və bu ölkəyə heç bir yaxşı nəticə verməyəcəkdir. Kim qazanacaq, bilmirəm, amma hər halda, bu bir daha müzakirə olunacaqdır. Ancaq necə olur olsun mənə bir şey aydındır ki, Rusiya təcriddən çıxmalıdır "

O, həmçinin qeyd etmişdir ki, əgər bu baş verməsə Rusiya iqtisadi, texnoloji və intellektual deqradasiyaya məhkum olacaqdır.

NATO təcavüzkar davranış və beynəlxalq hüquq normalarına riayət edilməməsi səbəbinə görə Rusiyanı təhdid etdi.

Bakifm.Az

Şərh